Türkiyədə ağır yol qəzası olub, 85 nəfər yaralandı

Hadisə
00:17 / 10.09.2022
17584
Türkiyədə ağır yol qəzası olub.
Sfera.az “Anadolu”ya istinadən xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb.
Dörd metrobusun toqquşması nəticəsində azı 42 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbi hələ məlum deyil.
***
İETT-İstanbul Elektrik Tramvay və Tunel İdarələrindən verilən açıqlamaya görə, qəza nəticəsində xəsarət alanların sayı 85-ə yüksəlib.