Kraliçadan sonra nə dəyişəcək?İngiltərədə mövcud olan MARAQLI QAYDALAR

Kraliçadan sonra nə dəyişəcək? – İngiltərədə mövcud olan MARAQLI QAYDALAR

Böyük Britaniya kraliçası II Elizabetin ölümündən sonra ölkədə bir sıra sahələrdə məcburi dəyişikliklər olacaq. 


Sfera.az “Bloomberg”ə istinadən bildirir ki, ilk dəyişiklik ümumi daxili məhsulda (ÜDM) baş verəcək. Kraliça II Elizabetin dəfn mərasimi və şahzadə III Çarlzın tacqoyma mərasimi Londona milyonlarla turisti cəlb etdiyindən ÜDM istehsalı 6 milyard funt-sterlinq artacaq.


Ancaq bu, ölkənin təşkilati dəyişikliklər üçün ödəməli olacağı vəsaitlə müqayisədə az ola bilər.


Kraliça II Elizabetin ölümündən sonra onun 73 yaşlı oğlu Çarlz İngiltərə kralı oldu.


Ölkə qanunlarına görə, yeni kral taxta çıxdığından dövlətin möhürləri, sikkələri və əskinasları, poçt qutuları, uniformaları və hökumət nişanları dəyişməlidir. Bu halda bütün adıçəkilən vasitələr kralın portreti və baş hərfləri ilə əvəz edilməlidir. Bu işlər böyük xərc tələb etməklə yanaşı, bir neçə il də vaxt aparacaq.


İlk növbədə kral simvolu dəyişdirilməlidir. Kral simvolu hər bir hökmdar monarx üçün unikaldır. O, hökmdarın adından və vəzifəsindən ibarətdir. Onlar tez-tez hökumət binalarında, uniformalarda, kral və ya dövlət sənədlərində və kral əşyalarında görülür.


Kraliça öldükdən sonra ER abreviaturası CR abreviaturası ilə əvəz edilməlidir.


İlk hərf kral və ya kraliçanın adını, R isə Latın dilində kral və kraliça mənasını verən Reks və ya Reginanı təmsil edir. Digər tərəfdən, yeni “kral simvolu” hələ təsdiqlənməyib.


Böyük Britaniyada poçt qutularına ERII möhürü vurulurdu. Bu marka indi CRIII-ə yenilənməlidir.


Böyük Britaniyada təxmin edilən 100 mindən çox qutunun dəyişdirilməsi lazım gələcək.


Digər önəmli məsələ Böyük Britaniyanın milli valyutasındakı dəyişiklik olacaq. Royal Mint zərbxanasına bağlı “The Coin Expert”in məlumatına görə, Çarlzın yeni portreti pul vahidində nümayiş olunmaq üçün dövriyyəyə buraxılacaq.

 

Kraliça Elizabetin portretini əks etdirən sikkələr və qeydlər ilin qalan hissəsi və ya bəlkə də, daha uzun müddət istifadə olunmağa davam edəcək.


Banklar və poçt şöbələri yeni dizaynlı sikkələr və əskinaslar buraxacaq və köhnə versiyaları toplayaraq yeni pulların dövriyyəyə buraxılmasına imkan verəcək.


Vasif,
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...