Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

Son vaxtlar inflyasiyaya təsir edən bir sıra daxili və xarici amillərin davranışındakı dəyişiklikləri nəzərə alaraq əlavə antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) Sfera.az-a verilən məlumata görə, bu istiqamətdə mühüm addımlardan biri kimi kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu və AMB tərəfindən valyuta hərraclarında xarici valyutanın təklifi əhəmiyyətli artırılıb.

 

Eyni zamanda makroiqtisadi proqnozları, tədiyə balansında və valyuta bazarındakı meylləri nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini dəyişib. Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

 

Qeyd edək ki, sonuncu dəfə Mərkəzi Bankın uçot dərəcəsi bu səviyyədə 2008-ci ildə olub.

 

Onu da bildirək ki, uçot dərəcəsinin qaldırılması ölkədə veriləcək kreditlərin faizlərinə ciddi təsir göstərəcək. Bir sözlə kreditlər bahalaşacaq.

 



OXŞAR XƏBƏRLƏR