Onu saxlayan polislərin üzərinə bıçaq çıxardı, həbs olundu

Onu saxlayan polislərin üzərinə bıçaq çıxardı, həbs olundu

İsmayıllıda sürücü ilə onu saxlayan polislər arasında insident olub. 

 

Sfera.az-ın məlumatına görə, ittihama əsasən, hadisə bir neçə gün öncə şəhər ərazisində baş verib.

 

Xidməti vəzifəsini yerinə yetirən yol patrul xidmətinin əməkdaşları “VAZ-21011” markalı, dövlət qeydiyyat nişanları olmayan avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri etdiyini görüblər. Onlar maşının sürücüsü E.Qurbanova “saxla” əmri verərək dayandırıblar, onu polis şöbəsinə dəvət ediblər. Lakin sürücü buna etiraz etdiyindən aralarında mübahisə yaranıb.

 

Daha sonra E.Qurbanov avtomobildən düşərək polis əməkdaşlarının üzərinə bıçaq çıxarıb. Bundan sonra yanındakı sərnişin onu sakitləşdirib və onlar avtomobilə əyləşərək ərazidən uzaqlaşıblar.

 

Hadisədən bir neçə gün sonra yeri müəyyən edilən E.Qurbanov polis şöbəsinə gətirilib və barəsində inzibati xəta haqqında protokol tərtib edilib. O, izahatında göstərib ki, protokolla razı deyil: 

 

“Avtomobillə hərəkətdə olarkən polis əməkdaşları “saxla” işarəsi verdilər. Avtomobili saxladım və məni polis şöbəsinə dəvət etdilər. Mən onlara məhəl qoymadan hərəkətə davam etdim. Barəmdə tərtib olunmuş protokolla razı deyiləm. Belə ki, həmin vaxt avtomobili yüksək sürətlə idarə etsəm də, heç bir inzibati xəta törətməmişəm. Polis əməkdaşlarının üzərinə bıçaq çıxartmamışam və avtomobili onların üzərinə sürməmişəm. Həyətdə işləyən zaman polislər gəlib məni şöbəyə apardı”.

 

İnzibati Xəta haqqında protokol İsmayıllı Rayon Məhkəməsində araşdırılıb. Məhkəmə E.Qurbanovun İXM-nin 535.1-ci maddəsi ilə (Polisin qanuni əmrinə tabe olmama) təqsirli bilinib, 25 gün müddətində inzibati həbs edilməsinə qərar verib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...