Məşhur aktyorun 82 yaşlı anası canına qıydı - FOTOLAR

Maqazin
16:19 / 08.09.2022
6892
Türkiyənin məşhur teatr və kino aktyoru Ali Sürmelinin anası intihar edib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaelinin Derince rayonunda yaşayan 82 yaşlı Akçe Sürmeli özünü yaşadığı evin həyətində ağacdan asaraq həyatına son qoyub. Məlumata görə, hadisə səhər saatlarında baş verib.
Bildirilir ki, qadın evində baxıcısı ilə yaşayıb. Onun intihar etdiyini görən baxıcısı təcili yardıma zəng edib. Qısa müddətdə evə gələn briqada Sürmelinin dünyasını dəyişdiyini müəyyənləşdirib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 63 yaşlı Ali Sürmeli daha çox “Kurtlar Vadisi Pusu” serialında Zaza dayı, “Eşkiya Dünyaya Hükümdar Olmaz”da isə Doğan baba obrazı ilə məşhurlaşıb.