“Müharibəni başa çatdırmağa çalışırıq” deyən Putin səmimidir? – Açıqlama

“Müharibəni başa çatdırmağa çalışırıq” deyən Putin səmimidir? – Açıqlama

Rusiya Prezidenti Vladimir Putin İqtisadi Forumun Vladivostokdakı plenar iclasında Ukraynadakı müharibədən danışıb. Ölkə başçısı deyib ki, Rusiya hələ hərbi əməliyyatda nəyəsə başlamayıb:

“Ukraynada xüsusi hərbi əməliyyata başlamaqla heç nə itirməmişik və heç nə itirməyəcəyik. Əsas qazancımız suverenliyimizin möhkəmlənməsidir. Bəli, müəyyən qütbləşmə var, amma mən inanıram ki, həm dünyada, həm də ölkə daxilində bu, yalnız faydalıdır. Çünki lazımsız, zərərli və irəli getməyimizə mane olan hər şey rədd ediləcək, biz sürət, inkişaf tempi yığmağa başlayacağıq, çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər. Bu istiqamətdə atdığımız bütün addımlar suverenliyin möhkəmləndirilməsinə yönəlib”. 

 

O, həmçinin əlavə edib ki, Rusiya hərbi əməliyyatları başa çatdırmağa çalışır. Bundan əvvəl Rusiyanın müxtəlif rəsmiləri, o cümlədən xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu belə bəyanatlar veriblər.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, anoloji fikirlərin səsləndirilməsi daxili auditoriya üçün lazım olsa da, reallıq fərqlidir:

 

“Altı ay ərzində Rusiya Ukraynanın müəyyən ərazilərini işğal etsə də, “bataqlığa” düşüb. Kreml artıq sivil dünyadan təcrid olunur, ölkə iqtisadiyyatı getdikcə zəifləyir. Əlbəttə, Moskva üçün bu durum arzuolunan deyil. Deməli, müqavimət göstərir. Əks halda döyüşlərin dayandırılması barədə bəyanat verilər, konstruktiv mövqe nümayiş etdirilərdi. Lakin hələ bir neçə gün əvvəl Kreml sözçüsü Dmitri Peskov söyləmişdi ki, Putinlə ukraynalı həmkarı Zelenskinin görüşü hələlik müzakirə olunmur. Deməli, Putin müharibəni davam etdirməkdə israrlıdır. Ötən yarım il ərzində Rusiyanın əlindən gələni etdiyini demək olar. Kreml bütün potensialı ilə mübarizə aparmaq istəməsə idi, onda danışıqlara hazır olardı. İkinci isə Qərbin Ukraynaya dəstəkləri fonunda Moskva bütün imkanlarını səfərbər etməyə məhkumdur”.

 

Ekspert qeyd edib ki,  Rusiyanın hələlik istifadə etmədiyi yeganə “kart” nüvə silahıdır:

 

“Bu, Kreml üçün “kozur” hesab oluna bilər. Savaş daha çox davam edəcəyi təqdirdə Moskvanın nüvə silahından istifadə edə biləcəyi istisna deyil. Lakin bu, ən son anda baş tutacaq. Yaxın gələcək üçün Moskvanın “kozur”unu “masaya qoyacağı” real görünmür. Çünki bu, bütün planet üçün fəlakət və yeni reallıq deməkdir. Elə Rusiyanın özü üçün də. Moskva bunu hazırdımı? Yəqin, indiki halda yox. Diqqətçəkən başqa bir məqam Putinin hərbi əməliyyatları başa çatdırmağa çalışacaqları ilə bağlı səsləndirdiyi fikirdir. Bu, savaşın davam edəcəyinə işarədir. Görünür, Kreml rəhbərliyi anlayır ki, hələ Ukraynada ciddi nəticə əldə olunmayıb.  Rusiyanın “sağ göstərib, sol vurmaq” imkanı, demək olar, yoxdur. Doğrudur, zaman Rusiyanın xeyrinədir. Çünki havalar soyuduqca Qərbin işi çətinləşəcək. Qərb ölkələrinin əlavə qaz tədarükçüsünə ehtiyacı olacaq. İndi ən çox lazım olan ABŞ və müttəfiqlərinin bu qış tab gətirməsidir. Qərb bunu bacarsa, proseslər Ukraynanın xeyrinə başa çata bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...