İlon Mask “Twitter”i Putinə görə ALMAYIB

İlon Mask “Twitter”i Putinə görə ALMAYIB

Amerikalı sahibkar İlon Mask Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü münasibəti ilə gözlənilən çıxışına görə “Twitter”in alışını təxirə salmaq qərarına gəlib.

 

Sfera.az Business Insider-ə istinadən xəbər verir ki, bu barədə milyarderin sazişlə məşğul olan bankirlə yazışmasından aydın olub.

 

Belə ki, ismarışında Mask dünyanın üçüncü dünya müharibəsinə doğru getdiyi vəziyyətdə razılaşmanın mənasının olmayacağını bildirib və bir müddət gözləmək qərarını açıqlayıb.

 

“Gəlin bir neçə gün gözləyək. Putinin sabahkı çıxışı, həqiqətən, vacibdir”, - deyə o bildirib.

 

Hüquqşünasların fikrincə, Maskın bu açıqlamaları sübut edir ki, platformanı almaqdan imtinaya səbəb “Twitter”in öz öhdəliklərini yerinə yetirməməsi deyil, milyarderin şəxsi maliyyə qayğısı olub.

 

Xatırladaq ki, “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask aprelin 25-də “Twitter”i almaq üçün 44 milyard dollarlıq razılığa gəlib. Müqavilə ilin sonuna qədər bağlanmalı idi, lakin iyulun 9-da sahibkar bundan imtina etdi.


OXŞAR XƏBƏRLƏR