Bakı və Şəkidə intihar hadisəsi: Biri pilləkəndə, digəri həyətdə ÖZÜNÜ ASDI

Hadisə
23:00 / 07.09.2022
25924
Bakıda və Şəkidə intihar hadisələri olub.
Sfera.az-ın məlumatına görə, Xətai rayonunda yaşayan 29 yaşlı Cəfərli Araz Allahverdi oğlu evin həyətindəki pilləkənin sürahisində özünü iplə asıb. Nəticədə o, yerindəcə keçinib.
Digər intihar isə Şəkinin Zunud kəndində qeydə alınıb. Kənd sakini 38 yaşlı Əzimov Knyaz Məmməd oğlu həyətdəki tikilidə özünü asıb.
İntiharların səbəbləri məlum deyil. (Lent.az)