Həbsxanada tanış oldular, azadlığa çıxıb oğurluq etdilər - VİDEO

Həbsxanada tanış oldular, azadlığa çıxıb oğurluq etdilər - VİDEO

Yasamal rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib. Naməlum şəxslər orada işləyən satıcının çantasından 950 manat oğurlayıblar.

 

Sfera.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Elçin Yusifov və Ramil Şəfaqətov tutulublar. Araşdırma zamanı onların paytaxtın Səbail və Nərimanov rayonlarında daha 3 obyekdən oğurluqlar etdikləri müəyyən olunub. 

 

Qeyd edək ki, hər iki şəxs müxtəlif cinayətlər etdikləri üçün əvvəllər məhkum ediliblər və cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxandan sonra isə yenidən birlikdə oğurluqlar ediblər. 

 

Faktlarla bağlı 26-cı  Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Elçin Yusifov və Ramil Şəfaqətov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 26-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...