Solovyov efirə üzündə qançırlarla ÇIXDI: Onu Alla Puqaçova döyüb? - VİDEO

Solovyov efirə üzündə qançırlarla ÇIXDI: Onu Alla Puqaçova döyüb? - VİDEO

Efirə üzündə qançırlarla çıxan Solovyovun döyüldüyü ehtimal olunur.

 

Sfera.az xəbər verir ki, rusiyalı jurnalist və təbliğatçı Vladimir Solovyov “Solovyev LIVE” verilişinin canlı efirinə üzündə sıyrıqlarla çıxıb. O, qançırların səbəbləri barədə tamaşaçılara məlumat verməyib.

 

Jurnalistlər ondan nə baş verdiyini soruşduqda o, belə cavab verib: “Sizin işiniz deyil!”.

 

Qeyd olunur ki, jurnalistin sol yanaq sümüyü zədələnib və gözünün altı qaralıb, burnunda və burun körpüsündə də qızartı hiss olunur. “Cəsarətli” və kəskin açıqlamalarına görə siyasətçinin düşmənləri çoxdur. Onlardan biri Solovyovun xüsusi əməliyyat başlayandan sonra xaricə qaçdığına görə dəfələrlə ona qarşı mənfi fikirlər səsləndirdiyi ulduz müğənni Alla Puqaçovadır. Xüsusilə “sərt” teleaparıcı avqustun sonunda Rusiyaya qayıtdıqdan sonra Primadonnaya yenidən “ilişib”.

 

Sentyabrın 1-də jurnalistlərə açıqlama verən Puqaçova “bir adamın üzünə yumruq vurmaq” xəyalında olduğuna eyham vurub. Bununla belə, müğənni konkret ad çəkməyib. Sonradan Puqaçova sosial şəbəkələrdə Solovyovun “qəzəb və kobudluqdan partlaya biləcəyini” bildirib.

(konkret.az)


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...