Rusiyanın işsiz qalan minlərlə İT mütəxəssisi Ermənistana axışır - RƏY

Rusiyanın işsiz qalan minlərlə İT mütəxəssisi Ermənistana axışır - RƏY

Rusiyanın Ukraynaya təcavüzündən sonra  bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən İKT sektorunu böhran bürüyüb, xarici İT şirkətlərin böyük əksəriyyəti ölkəni tərk edib. O cümlədən Rusiyanın işsiz qalan yüz minlərlə İT mütəxəssislərinin kütləvi relokasiya prosesləri başlayıb.

Ermənistanın İqtisadiyyat naziri Kerobyan isə bildirib ki, 50 min İT mütəxəssis, xüsusən də proqramçılar Ermənistana relokasiya edib. Rusiya isə son zamanlarda yalnız İT mütəxəssislərin deyil, 20 -dən çox şirkətin də Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb. Ümumiyyətlə isə hazırda Ermənistanda vergi ödəyicisi olaraq 850 Rusiya şirkətinin və 350 fərdi sahibkarın fəlaiyyət göstərdiyi, 40 minədək hüquqi və fiziki şəxsin Ermənistan banklarında hesab açdığı vurğulanıb.

 

Bəs, on minlərlə İT mütəxəssisin və şirkətlərin Ermənistanda möhkəmlənməsi bizə nə vəd edir?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, müharibə başlayandan sonra Rusiyadan miqrasiya edən mütəxəssislər və şirkətlər əsasən Özbəkistan, Gürcüstan, Qazaxıstan və Ermənistan bazarlarına üz tutublar:

 

“Relokasiya proseslərində Azərbaycan yer almayıb. Bildiyim qədər, bəzi dövlət qurumları bu istiqamətdə Rusiya şirkətləri, İT komandalarla danışıqlar aparsa da, biznes mühitin cəlbedici olmaması baxımından  uğulu yekunlaşmayıb. Azərbaycana Rusiyadan və Ukraynadan yalnız məhdud sayda mütəxəssislərin və ailələrin gəldiyi bildirilir. Düşünürəm ki, on minlərlə İT mütəxəssislərin, şirkətlərin, eyni zamanda xarici ölkələrin İT şirkətlərinin bir anda Ermənistan bazarlarında yer alması və möhkəmlənməsi bizim üçün çox düşündürücü olmalıdır. Bununla, yaxın perspektivdə bədnam qonşumuzda yeni mühit formalaşacaq. Söhbət milli maraqlarımıza heç də uyğun olmayan mühitdən gedir”.

 

O.Gündüz qeyd edib ki, adi hesablamalarla Ermənistanın bir neçə ilə nələr əldə edə biləcəyini proqnozlaşdırmaq mümkündür: “Fikrimcə, bu məsələ bizim üçün yalnız  iqtisadi məsələ olmamalıdır, daha çox  milli təhlükəsizlik məsələsidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR