Milyarderlərin “qiyamət bunkerləri”ndə nələr var? – “Hovuz, kinoteatr, oyun meydançaları...”

Milyarderlərin “qiyamət bunkerləri”ndə nələr var? – “Hovuz, kinoteatr, oyun meydançaları...”

Məşhur milyarderlərin “qiyamət bunkerləri” barədə yeni məlumatlar yayılıb.

Sfera.az bildirir ki, bu barədə "Survival of the Richest” (Ən zənginlərin həyatda qalması) kitabının müəllifi Duqlas Raşkof “The Guardian” qəzetinə açıqlama verib.

 

Onun sözlərinə görə, lüks bunker şirkəti olan “Rising S. Company” müştərilərinə qapalı üzgüçülük hovuzları və boulinq meydançaları ilə birlikdə 8,3 milyon dollar dəyərində  dəbdəbəli sığınacaqlar təklif edib:

 

“”Vivos” adlı başqa bir şirkət isə hovuz, kinoteatr, yemək sahələri və s. İlə təchiz olunmuş lüks yeraltı mənzillər satır. Bu dəbdəbəli istirahət yerlərində həmçinin, şərab zirzəmisi var və varlılar digər şəraitlərlə də təmin edilir”.

 

Raşkof  iddia edib ki, İlon Mask və Ceff Bezos kimi dünyanın ən zəngin insanları fəlakətlər zamanı istifadə edəcəkləri sığınacaqlara malikdirlər: 

 

“Bununla belə, bunkerlər milyarderləri yaratdıqları fəlakətlərdən qoruya bilməz, çünki onlar son nəticədə cəmiyyətin qalan hissəsinin fəaliyyətindən asılı olacaqlar. Əgər onlar həqiqətən də “Qiyamət günü”ndən qaçmaq istəyirlərsə, bunun qarşısını almağa kömək etməlidirlər”.

 

Yazıda eyni zamanda qeyd olunub ki, Yerdəki resursların davamlı olmadığını vurğulayan milyarder İlon Mask və Ceff Bezos kosmosda koloniya qurmağı hədəfləyir.

 

Qeyd edək ki,  Mask və Bezosun sığınacaq tikməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur.

 

Türkan


OXŞAR XƏBƏRLƏR