“Kısmetse Olur”un iştirakçısından məşhur şoumenlə bağlı ŞOK İDDİA: “Məni otelə çağırdı..”
“Kısmetse Olur” yarışması ilə şöhrət qazanan Cansel Çördük şoumen Mehmet Ali Erbillə bağlı səs-küylü iddia irəli sürüb.
Sfera.az bildirir ki, Çördük illər əvvəl Erbilin ona mesajlar vasitəsilə sataşmağa cəhd etdiyini deyib.
"14-15 yaşım olanda razılığım olmadan eyni yaşda olan dostumdan nömrəmi alıb zəng vurdu və flört etmək üçün oteldə görüşməyə çağırdı. Bu, bizim sahəmizdə çox görülən bir şeydir. Sevinirəm ki, yaşımın sadəlövhlüyünə düşmədim. Yaşı 18-dən az olan qızlar çox təəssüf ki, belə şeylərə aldanıb travmatik seksual şeylər yaşayırlar, çox eşitmişəm. Xahiş edirəm, həyatda heç nəyə tələsməyin, heç kəsə özünüzdən istifadə etməyə icazə verməyin! Xüsusilə də, bu azğınlara!”, - Cansel qeyd edib.
Xatırladaq ki, bəzi sənətçilərin LGBT-yə verdiyi dəstəyə reaksiya verən və homoseksuallığı pozğunluq kimi gördüyünü bildirən Mehmet Ali Erbil bu fikirlərinə görə, son günlər sosial mediada gündəm olub.
Türkan,
Sfera.az