“Armen əlini-qolunu sallayaraq Xankəndiyə gəlirsə...” - Açıqlama

“Armen əlini-qolunu sallayaraq Xankəndiyə gəlirsə...” - Açıqlama

“Azərbaycan yenə də savaşdan öncəki vəziyyətə qayıdır”.

Sfera.az bildirir ki, bunu politoloq Rusif Məmmədsoy deyib. O qeyd edib ki, Qərblə  Rusiyanın Qarabağda yürütdüyü siyasət yenidən bir-biri ilə uzlaşmağa başlayır:

 

“Bu isə nəticədə eynilə savaş zamanı olduğu kimi Azərbaycanı növbəti genişmiqyaslı antiterror əməliyyatlarına sövq edə bilər. Hansı ki, bununla da Xankəndidəki separatçıları, ağır texnikaları məhv edib yenidən qarşı tərəfi fakt qarşısında qoymaq və onlar üçün alternativ yol buraxmamaq lazımdır. Rusiyadan başqa bizə Qarabağda maneə olan ikinci bir güc yoxdur. Avropa üçün indi daha vacib işlər var. Rusiya-Ukrayna savaşı fonunda Azərbaycana "gözün üstə qaşın var" deyən də olmayacaq. Olsa belə, bu təzyiqlər bəyanatdan o tərəfə keçməyəcək. Rusiyanı bölgədən çıxarmaq heç də asan deyil. Bu sualın üzərində çox ciddi şəkildə işləmək lazımdır ki, biz vaxtın tamamında Rusiya "sülhməramlılarına" bəhanə verməyək və vaxtında, hətta zamanından öncə bölgəni tərk etsinlər. Lakin, bu olduqca çətindir”.

 

Ekspert qeyd edib ki, təxribatlara ara verməyən Rusiya elə bu gün də boş dayanmır:

 

“Məsələn, ümumi uzunluğu 28 kilometr olan "Laçın dəhlizi"nə alternativ yolda rus postlarının sayının 30-a qədər artdığını əks etdirən xəritələr yayıldı. Hansı ki, nəzərdə tutulan 25 post idi. Maraqlı məqam ondan ibarətdir ki, "Laçın dəhlizi" daha uzun olmasına baxmayaraq oradakı post sayı bundan daha az idi. Bu o deməkdir ki, bu qədər post olmasına baxmayaraq, tutaq ki, Armen rahatlıqla, əlini-qolunu sallayaraq Xankəndiyə gəlirsə, deməli  bizim ərazi bütövlüyümüzə əhəmiyyət verilmir. Hər halda Türkiyə Qərargah rəisinin də Bakıya gəlişi çox mətləbdən xəbər verir. Hadisələri qabaqlamaq doğru deyil, ancaq Azərbaycan üçün növbəti əməliyyatlar labüd hal almağa başlayır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR