“Məzunların neçə faizi işlə təmin olunur?“ – Kamran Əsədov

“Məzunların neçə faizi işlə təmin olunur?“ – Kamran Əsədov

“Qəbul imtahanlarının nəticələri açıqlanandan sonra ali təhsil müəssisələrinə plan yerlərinin nə qədər dolmasını, yüksək bal toplamış abituriyentlərin onları seçməsini böyük uğur kimi təqdim edirlər. Bu, təhsilə nə qədər bəsit, primitiv yanaşmağımızı göstərir”.

Sfera.az bildirir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov deyib. O qeyd edib ki, ölkəmizdə universitetlər, ixtisaslar yüksək təhsil verdiklərinə görə seçilmir:

 

“Yüksək bal toplayan abituriyentlər DİM-in nəşr etdiyi abituriyent jurnalına baxırlar və öz ballarına uyğun ixtisas görən kimi onu seçirlər. O plan yerləri 90 faizdən çox dolduğu üçün qurban kəsən, nəzir verən universitetlər həmən məzunlarını işlə təmin edə biləcək bilik verirmi? Məzunlarının neçə faizi işlə təmin olunur? Tələbənin təhsil aldığı müddətdə bir problemini həll edirmi? Bir faktı deyim, bu il informasiya təhlükəsizliyi ixtisas üzrə keçid balı 680 olub, ekologiyada isə 150 bal. Gələn il yüksək bal toplayanlar bala görə ixtisas seçəcəklər. Hansısa bir il nəticələr zəif olsa, keçid balı aşağı olacaq və abituriyentlər o ixtisasları seçmək istəməyəcək. Sizin fəxr etdiyiniz o 90+ faiz plan yerinin dolması abituriyentin elektron ərizədə 15 yeri seçməyinə görədir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR