“A2Z Technologies” regionun ən böyük müdafiə sənayesi sərgisində iştirak edir - FOTOLAR

“A2Z Technologies” regionun ən böyük müdafiə sənayesi sərgisində iştirak edir - FOTOLAR

Ölkənin aparıcı İT şirkətlərindən biri olan “A2Z Technologies” QSC sentyabrın 6-dan 8-dək Bakı şəhərində keçiriləcək 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisində iştirak edir.

 

Sfera.az xəbər verir ki, “ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. 

 

Sərginin xalqımızın Vətən müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçirilməsi ona xüsusi əhəmiyyət verir. Azərbaycan ordusunun qələbəsində müstəsna rol oynamış hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlarla yanaşı digər sahələrin önəmli məhsul və həlləri sərgidə təqdim olunur.

 

“A2Z Technologies” QSC sərgidə yerli və xarici mütəxəssislər tərəfindən hazırlanmış İT xidmətlərlə birgə təhlükəsizlik və müasir texnologiya məhsulu olan identifikasiya sistemləri, alternativ enerji ilə təmin olunan ağıllı dirəklər, kiber təhlükəsizlik həlləri, bulud texnologiyaları, yüksək təhlükəsiz milli ismarıc sistemi və s. həlləri təqdim edir. Bununla yanaşı, xarici tərəfdaşların istehsal etdiyi bir sıra şəbəkə və İT avadanlıqlarını ilə şirkətin təmsil olunduğu stenddə tanış ola bilərsiniz.

 

Dünyanın 20-dən çox ölkəsinin yer aldığı “ADEX” sərgisində “A2Z Technologies” QSC 3-cü zalda A3104 saylı stenddə təmsil olunur. Bütün sərgi ziyarətçilərini stendimizi ziyarət etməyə dəvət edirik.

 

“A2Z Technologies” QSC 2013-cü ilə fəaliyyətdədir. Yüksək texnologiyaların tətbiqi, proqramlaşdırma və İT həllər təqdim edən şirkətin hazırda 286 nəfərdən çox yerli və xarici mütəxəssislərdən ibarət heyətə malikdir. Şirkət HPE, “Dell”, “Microsoft”, “Cisco”, “Aruba”, “Atos” və bir sıra İT korporasiyaların tərəfdaşıdır.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...