Məşhur müğənni Türkiyədə qarət olundu

Maqazin
22:56 / 05.09.2022
14388
Rusiyalı müğənni Maşa Rasputina Türkiyədə oğurluğun qurbanı olub.
Sfera.az xəbər verir ki, sənətçi Türkiyənin elit mağazalarından birində alış-veriş edərkən qarət edilib.
Rasputinadan mühüm sənədlər, kartlar və pulların olduğu çanta oğurlanıb. Müğənni paltarı sınayarkən aksessuarı əsas zalda stolun üzərinə qoyub. Ancaq geri qayıdanda onun itdiyini görüb.
Rasputina artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Sənətçi butikin işçilərindən şikayətlənib.