Ədliyyə Nazirliyi: Bakıda baş verən yanğın Xətai rayon icra şöbəsində baş verməyib - YENİLƏNİB

Hadisə
22:25 / 05.09.2022
17196
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayonu icra şöbəsinin inzibatı binasında yanğına dair yayılan xəbərlərlə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Apa.az-a verilən məlumata görə, yanğın nazirliyin həmin qurumunun binasında deyil, qonşuluqdakı çay evində baş verib.
Yanğın Xətai rayonu icra şöbəsinə keçməyib.
Hal-hazırda yanğın söndürülüb.
Xəsarət alan yoxdur.
***
Bu gün axşam saatlarında Bakının Xətai rayonunda güclü yanğın başlayıb.
Sfera.az xəbər verir ki, FHN-nin“112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın olması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.