“Mumiya”nın aktyorunun inanılmaz dəyişimi: 270 kilo oldu - FOTOLAR

Maqazin
15:05 / 05.09.2022
11158
“Mumiya” filmi ilə məşhurlaşan amerikalı aktyor Brendan Freyzer yeni görüntüsü ilə sevənlərini təəccübləndirib.
Sfera.az bildirir ki, o, yeni filmi üçün 270 kilo olub. 79-cu Venesiya Film Festivalında nümayiş olunan “The Whale” (Balina) filmi 6 dəqiqə boyu alqışlarla qarşılanıb, Freyzer isə göz yaşlarını tuta bilməyib.
Aktyorun performansı təqdir edilməklə yanaşı, onun “Oskar” yarışında liderlik edəcəyi də vurğulanıb. Qeyd olunub ki, rejissor Darren Aronofskinin çəkdiyi “The Whale” filmi ilin ən maraq doğuran istehsalıdır.
Qeyd edək ki, Samuel D.Hanterin “The Whale” tamaşasından götürülən filmdə Freyzer 17 yaşlı qızı ilə münasibətlərini yaxşılaşdırmaq üçün mübarizə aparan bir adamı canlandırır.
Türkan,
Sfera.az