Bakı Şahmat Olimpiadasında altıncı turun oyunlarına yekun vurulub

Bakı Şahmat Olimpiadasında altıncı turun oyunlarına yekun vurulub

Sentyabrın 8-də "Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasında altıncı turun oyunları keçirilib.

 

Sefera.az xəbər verir ki, Olimpiadanın altıncı günündə Azərbaycanın kişilərdən ibarət əsas komandası Yunanıstan millisinin müqavimətini qıra bilməyib – 2:2. İkinci komandamız Rumıniyaya 1,5:2,5 hesabı ilə məğlub olub, üçüncü yığmamız isə Qananı məğlub edib – 4:0.

 

Altı turdan sonra kişilərdən ibarət əsas millimiz 9 xalla 13-cü pillədə qərarlaşıb. Səkkiz xala malik ikinci komandamız 34-cü, üçüncü yığmamız isə 6 xalla 86-cıdır.

 

Turnir cədvəlinə maksimum nəticə göstərən Hindistan millisi başçılıq edir – 12 xal. ABŞ millisi 11 xalla ikinci, Hollandiya yığması isə 10 xalla üçüncüdür.

 

Qadınlardan ibarət əsas komandamız isə altıncı turda Gürcüstan millisi ilə xalları bölüb – 2:2. İkinci millimizin Çexiya ilə oyununda da eyni hesablı heç-heçə qeydə alınıb. Üçüncü komandamız isə Çili üzərində 3:1 hesablı qələbə qazanıb.

Qadınlardan ibarət əsas komandamız altı turdan sonra 10 xalla altıncı pillədədir. Yeddi xala malik ikinci komandamız 38-ci, üçüncü yığmamız isə 37-ci yeri tutur. Xanımların mübarizəsində 6 turdan sonra 11 xalla Rusiya və Ukrayna yığmaları ilk iki yeri bölüşdürür. Hesabında 10 xal olan Polşa millisi isə üçüncüdür.


Sentyabrın 9-da Olimpiadada yeddinci turun görüşləri keçiriləcək./AZƏRTAC/


OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...