15 yaşlı qız özünü güllələdi

Hadisə
20:45 / 03.09.2022
13991
Daşkəsəndə 15 qız odlu silahdan açılan atəş nəticəsində ölüb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb.
Kənd sakini 2007-ci il təvəllüdlü Həsənova Günel Əli yaşadığı evdə odlu silahdan (Tüfəng) açılan atəş nəticəsində ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib. Məlumata görə, hadisə baş verən zaman yeniyetmə qız evdə tək olub.
Faktla bağlı Daşkəsən rayon prokrorluğunda araşdırma aparılır. (Qafqazinfo)