Bu gün Nabranda qəzada ölən polis əməkdaşı KİMDİR?

Hadisə
18:22 / 03.09.2022
11981
Bu gün Xaçmazda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Nabran kəndi ərazisində qeydə alınıb.
Belə ki, Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.
Araşdırma aparılır.