Çay qırmızı rəngdə axır
19:14 / 08.09.2016
2401
Rusiyanın Sibir əyalətindəki Daltikan çayı qan rəngində axmağa başlayıb.
Sfera.az xəbər verir ki, çayın şəkli sosial şəbəkə istifadəçiləri tərəfində paylaşılıb. Sakinlər deyir ki, çayın rənginin qırmızı olması nikel fabrikindən axıdılan çirkabla əlaqədardır. Rusiya Ekologiya Nazirliyi çayda kimyəvi çirkliliyin olması faktını təsdiqləyib.
Bu ərazidə yerləşən dünyanın ən böyük nikel müəssisəsi olan Noriskl Nikel şirkəti isə sözügedən çayı çirkləndirməsi ilə bağlı ittihamı rədd edib./Publika.az/