Ərdoğan Putinlə Zaporojye AES-i müzakirə etdi

Siyasət
13:44 / 03.09.2022
9766
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Rusiya və Türkiyə prezidentləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Zaporojye AES-ə missiyasının təşkilində Rusiyanın konstruktiv rolunu qeyd ediblər. Həmçinin Türkiyə ilə Rusiya arasındakı əlaqələr müzakirə edilib.
Turan Rzayev,
Sfera.az