"Hərbi bazaları tərk edin!" - Rusiya ilə İran arasında GƏRGİNLİK

Rus zabitləri İran hökumətindən Suriyanın Həma və Tartus şəhərlərindəki hərbi bazaları tərk etməyi tələb ediblər.


Sfera.az-ın məlumatına görə, “Times of Israel” qəzetinin sentyabrın 2-də dərc edilən hesabatında deyilir ki, Suriya ərazisinə "İsrailə aid edilən hava hücumlarının" artmasından sonra Rusiya hökuməti İran İslam Respublikası və onun proksi qüvvələrindən Suriyadakı bəzi mövqelərindən geri çəkilmələrini istəyib.


Qəzetin yazdığına görə, Rusiya hərbçiləri çərşənbə günü Suriyanın Həma hava limanında iranlı həmkarları ilə görüşüb və onları Suriya ordusunun 49-cu alayının bazası ilə yanaşı yerləşən Həma vilayətindəki İrana məxsus hərbi qərargahı tərk etməyə çağırıblar.


“Times of Israel” yazır ki, sözügedən baza İran İslam Respublikası üçün mühüm hərbi baza hesab olunur. Çünki İran hökumətinə bağlı hərbi qüvvələr S-200 hava hücumundan müdafiə sistemi raketlərini və Rusiya istehsalı olan digər hərbi texnikanı orada saxlayır:


“Rus zabitlərinin İrana bağlı qüvvələrin boşaltmasını istədikləri digər yer Tartusun cənubunda yerləşən sahilyanı Əl-Həmdiyə şəhəri yaxınlığındakı bazadır”.

 

Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...

DİN əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə...

Bu şəxslərə pulsuz ev veriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən ...