Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verilməsi faktı ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzinin birində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video ilə bağlı daha bir dövlət qurumu reaksiya verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, bununla bağlı Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb:
"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
***
10:18
Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır: "Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq".