ABŞ-dan Tayvana 1,1 milyard dollarlıq silah satışı TƏSDİQLƏNDİ

ABŞ-dan Tayvana 1,1 milyard dollarlıq silah satışı TƏSDİQLƏNDİ

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi Tayvana 3 ayrı silah satışı paketini təsdiqlədiyini açıqlayıb.


Sfera.az xəbər verir ki, konqresə göndərilən bildirişdə Tayvanın Müşahidə Radar Proqramının 665,4 milyon dollar dəyərində logistik dəstək satışı üçün təsdiq edildiyi qeyd edilib. 


Digər tərəfdən, iki ayrı bildirişdə, 60 ədəd Harpoon Block-II gəmi əleyhinə raket və əlaqəli avadanlıq üçün 355 milyon dollar, 100 ədəd "AIM-9X Block-II Sidewinder Tactical" üçün isə 85,6 milyon dollar satışa icazə verildiyi bildirilib.

 

Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR