Bakıda yüksək gərginlikli elektrik xəttinin keçdiyi dirək aşıb, yanğın baş verdi

Hadisə
21:05 / 02.09.2022
15434
Binəqədi rayonunda yüksək gərginlikli elektrik xəttinin keçdiyi dirək aşıb.
Sfera.az xəbər verir ki, hadisə Birinci Mədən küçəsində qeydə alınıb.
Yüksək gərginlikli naqillərin yerə düşməsi nəticəsində quru otlaq sahəsində yanğın olub.
Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.