“Bank of America”dan xəbərdarlıq: “Böhran şokuna hazır olun!”

İqtisadiyyat
14:57 / 02.09.2022
6530
ABŞ-ın və dünyanın ən böyük investisiya banklarından olan “Bank of America” strateqləri tənəzzül gözləntiləri səbəbindən investorların fond bazarlarından çıxışının sürətləndiyini bildirib.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, investorlar ABŞ mərkəzi bankının inflyasiyanı cilovlamaq üçün aqressiv faiz artımlarını davam etdirəcəyi gözləntiləri ilə birjaları tərk etməyə davam etdilər.
“Bank of America” strateqləri istehlak qiymətlərinin artması, fiskal stimul, ev təsərrüfatlarının əmanətlərinin artması və Ukraynadakı müharibə kimi təsirlərlə sürətli inflyasiya, yavaş tənəzzül şoku gözlədiklərini söyləyib.
Vasif,
Sfera.az