Dünyada ərzaq malları ucuzlaşır: qiymət enməsi beşinci aya keçib

Dünyada ərzaq malları ucuzlaşır: qiymət enməsi beşinci aya keçib

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) avqust ayına aid olan Ərzaq İndeksini açıqlayıb. 


Sfera.az xəbər verir ki, açıqlanan məlumata görə, avqustda da ərzaq qiymətlərində eniş qeydə alınıb. Bununla da ərzaq qiymətlərində eniş dinamikası 5-ci aya keçib. 


FAO mütəxəsisləri hesab edir ki, mövsümlə əlaqədar istehsalın artması və bəzi məhsullara tələbin azalması ərzaq mallarını ucuzlaşdırır. 


Ərzaq qiymətləri avqustda 1,9 faiz azalıb. Mövcud indeks yanvar ayından bəri ən aşağı səviyyədədir.


Qiymət enməsinə baxmayaraq, bir il əvvəlki dövrlə müqayisədə ərzaq mallarının dəyəri hələ də yüksəkdir. 


Eyni zamanda bir çox ölkədə ərzaq qiymətlərində enmə müşahidə edilmir. FAO-nun şərhinə görə, bunun səbəbi yüksək enerji qiymətləridir. Yüksək enerji qiymətləri emal proseslərinin xərclərini artırdığından ərzaqların qiyməti düşmür. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR