Rus oliqarxların müəmmalı ölümləri: qətl, yoxsa... – Onlar kimin hədəfindədir?

Rus oliqarxların müəmmalı ölümləri: qətl, yoxsa... – Onlar kimin hədəfindədir?

Rusiyanın "Lukoil" şirkətinin idarə heyətinin sədri və vitse-prezidenti Ravil Maqanovun ölümü yenidən oliqarxlarla bağlı şübhələri gündəmə gətirib. Ekspertlər Maqanovun  Moskvada xəstəxananın pəncərəsindən yıxılaraq dünyasını dəyişməsinin inandırıcı olmadığı bildirirlər.

Digər tərəfdən, şirkət dünənki açıqlamasında onun ölümünü təsdiqləsə də, 67 yaşlı iş adamının ağır xəstəlikdən sonra vəfat etdiyi vurğulanıb. Bir sıra mətbuat orqanları isə oliqarxın intihar etdiyini qeyd edib.

Lukoyl”un vitse-prezidenti xəstəxana pəncərəsindən yıxılıb öldü — Foto

Sfera.az bildirir ki, son aylarda bir neçə rus enerji oliqarxı da qeyri-adi şəraitdə ölüb. Belə ki;

 

“Novatek” təbii qaz şirkətinin müdir müavini işləyən 55 yaşlı Sergey Protosenyanın cəsədi aprel ayında İspaniyadakı villalarından birində həyat yoldaşı və qızı ilə birlikdə tapılmışdı. Məlumata görə, 55 yaşlı Protosenya həyat yoldaşı və yeniyetmə qızını balta və bıçaqla qətlə yetirib, bunun ardınca isə özünü asaraq intihar edib. Cinayət zamanı istifadə olunan alətlər isə milyonerin cəsədinin yanında aşkar edilib. Lakin daha sonra Sergey Protosenyanın oğlu Fedor qətlin atası tərəfindən törədildiyi ilə bağlı iddiaları rədd edib.

Ailə üzvlərini öldürüb intihar etdiyi deyilən milyonerin oğlu danışdı

“Atam qatil deyil. O anamı, xüsusilə də bacımı çox sevərdi. Bacım onun şahzadəsi idi. Atam onlara zərər vuracaq heç nə etməzdi”, - deyə Fedor Protosenya söyləyib.

 

Belə məlum olub ki, Fedor hadisə baş verən gün Pasxanı qeyd etmək üçün ailənin Fransada olan villasında olub. O, həmin gün ailəsindən heç kəslə əlaqə saxlaya bilməyib və narahatlıq keçirib. Bunun ardınca, o, İspaniya polisindən ailəsinin olduğu evə getməyi istəyib.

 

Digər müəmmalı ölümlərdən biri də “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayev lə bağlıdır. Aprel ayında o, Moskvadakı mənzilində həyat yoldaşı və qızı ilə birlikdə ölü tapılıb. Vladislav Avayevin həyat yoldaşını öldürməzdən əvvəl ona işgəncə verdiyi bildirilir. “Qazprombank”ın keçmiş vitse-prezidenti həyat yoldaşından ona xəyanət etməkdə şübhələnib. Bankir arvadının hamilə olduğunu biləndə uşağın atası özünün deyil, ailənin şəxsi sürücüsünün olduğundan şübhələnib. Sürücü isə artıq Moldovaya qaçıb. Qeyd edilir ki, qətl günü Avayev silahını götürərək arvadını sorğu-sual edib və bu zaman o, qadını əvvəlcə dizlərindən, sonra isə dirsəklərindən güllələyib.

 

O, həyat yoldaşına ölümlə nəticələnəcək xəsarətlər də yetirib. Bundan sonra bankir əlil qızını öldürərək intihar edib. İstintaqın ilkin versiyasına görə, Avayev həyat yoldaşını və yetkinlik yaşına çatmayan qızını öldürəndən sonra intihar edib.

 

May ayında keçmiş “Lukoyl” maqnatı Alexander Subbotun ölümü də şübhə doğuran hadisələrdən olub. O, həftə sonu qonaq getdiyi şamanın evində ölü tapılıb. 43 yaşlı milyarderin dərman qəbul etdiyi və infarkt keçirdiyi bildirilib.  Şamanlar Aleksey Pindyurin və Kristina Teyxribin heyvan qurbanı ritualları ilə müştərilərini sağaltdıqlarını iddia etdikləri deyilib. Lakin cütlük polisə verdikləri ifadədə Subbotinin müştəri deyil, onların dostu olduğunu bildirib.

 

Qeyd edək ki, Ukraynaya qarşı təcavüzün başladığı gündən əksəriyyəti neft-qaz sektorunda çalışan top-menecerler olmaqla 10-a yaxın rus oliqarx müəmmalı şəkildə ölüb. Bəzi ekspertlərin fikrincə, bunun əsas səbəbi həmin şəxslərin vaxtilə ehtiyatsızlıq edərək Rusiya xüsusi xidmət orqanlarının müxtəlif ölkələrdə həyata keçirdiyi xüsusi əməliyyatları maliyyələşdirməsi olub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR