Özünü qazi kimi təqdim edən şəxs HƏBS EDİLDİ

Özünü qazi kimi təqdim edən şəxs HƏBS EDİLDİ

Sosial şəbəkələrdə videomüraciətlər yayaraq Füzuli rayonunda məmurların himayə etdiyi qoçu dəstələri tərəfindən evinə hücum edildiyini, evinin dağıdıldığını iddia edən şəxs həbs edilib.

 

Füzuli Rayon İcra Hakimiyyətindən Sfera.az-a verilən məlumata görə, özünü Qarabağ qazisi kimi təqdim edən Elçin Əsədov hüquq-mühafizə orqanları tərəfindən aparılmış araşdırmalardan sonra saxlanılıb. Məlum olub ki, onun yaşadığı evə heç bir hücum olmayıb, ev əşyalarının sındırılması və dağıdılması görüntüsünü Elçin Əsədov özü qəsdən yaradıb.

 

Onun barəsində başlanılmış inzibati xəta haqqında iş baxılması üçün Füzuli rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən onun barəsində inzibati qaydada həbs qərarı çıxarılıb.

 

Qeyd edək ki, E.Əsədov vaxtaşırı sosial şəbəkələrdə Qarabağ müharibəsi qazisi adından istifadə edərək video müraciətlər yayıb. Füzuli Rayon İcra Hakimiyyətinin açıqlamasında onun məmurlar və iş adamlarını şantaj edərək maddi qazanc əldə etdiyi bildirilib.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...