Qarqarçay çayında bir nəfər batdı

Hadisə
20:40 / 01.09.2022
9878
Qarqarçay çayında bir nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a(FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Qarqarçay çayının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.