Neftçalada azyaşlı dənizdə boğulub

Hadisə
18:32 / 01.09.2022
8900
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Neftçala rayonu, Şirvanlı kəndində, dənizdə ("Neftçala" sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazidə) 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, hadisə yerinə cəlb olunan nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən azyaşlının meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.