Çinin “Tayvan qisası” - ABŞ-a digər səhnədən “atəş açılır” - TƏHLİL

Çinin “Tayvan qisası” - ABŞ-a digər səhnədən “atəş açılır” - TƏHLİL

“ABŞ-la Çin arasındakı rəqabətdə qarşılıqlı həmlələrin miqyası böyüyür. İqtisadi ekspansiyanı qlobal maraqlarının mərkəzində tutan Çin ABŞ-ın Tayvanla bağlı siyasətindən narahatlıqlarını soyuqqanlı bir yanaşma ilə əvəzləyir”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib.

 

Onun sözlərinə görə, Vaşinqton Tayvanla bağlı Çinə diş qıcadıqca Pekin də Ağ Evi eyni məntiqlə əzmək istəyir, Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı anlaşılmazlıqlar isə Çinə müstəsna qisasçılıq üçün unikal bir şans gətirir:

 

“Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı gərginliklərdən böyük ustalıqla istifadə edib Vaşinqtonu Körfəz regionunda sıxışdırmaq Çin lideri Si Cinpinin planlarında yer alır.

 

İki məqam:

 

- Çin üçün Səudiyyə Ərəbistanı etibarlı enerji təchizatçısıdır;

 

- Çin ABŞ-ın Cənubi Çin dənizindəki genişlənən nüfuzuna cavab olaraq Körfəz regionuna boylanır.

 

Çin onsuz da, Səudiyyə Ərəbistanının tərəfdaşıdır, iki ölkənin yüksək profilli əməkdaşlığı indi Körfəz ölkələrinin yerləşdiyi coğrafiyada ABŞ-ın dar nöqtəyə sıxışdırılmasına zəmin yarada bilər.

 

Çin Sədri Si Cinpinin bu yaxınlarda Səudiyyə Ərəbistanına gözlənilən səfərinin təməli qarşıdurmadan mənfəət götürmək prinsipinə əsaslanır.

 

Cinpinin baş tutacaq səfəri Çinin Körfəz regionuna nüfuz ixrac etmək qabiliyyətinin yeni tənliklərlə hesablanması deməkdir.

 

Bəli, ABŞ-la Çin Körfəz səhnəsində kəllə-kəlləyə gəlirlər. Çin ağıllı və təmkinli görünür, ABŞ isə Körfəzi əlindən buraxmasa da, buradakı nüfuzunu Pekin qarşısında itirir.”

 

Ekspertin sözlərinə görə, ABŞ-ın təsirinin zəifləməsi təhlükəsizliyə dair narahatlıqları artırır, buna görə də region ölkələrinin son illərdə dərinləşən emosiyaları onları Çinə yaxınlaşdırır:

 

“ABŞ Körfəz bölgəsinin özü üçün böyük, həyati əhəmiyyətindən bəhs edir, hərçənd ki, bu da narahatlıqları aradan qaldırmır, çünki ABŞ, yuxarıda qeyd etdiyimiz kimi, təsir gücünü zəiflədib.

 

Bu, Ər-Riyada onun himayədarının əl dəyişdirməsi üçün bəhanə verə bilər, amma həmin tendensiyanın inkişafı Çinin Səudiyyə Ərəbistanını inandırmaq bacarığından asılıdır.

 

Lakin Səudiyyə krallığı, çətin ki, ABŞ-ın öz üzərindəki çəkisini azaldacaq, amma situativ dəyişikliklər balansı dəyişmək imkanlarını genişləndirə bilər.

 

Pekin Səudiyyədən neft asılılığına malikdir və bunu elə yönləndirib ki, qarşılıqlı iqtisadi əlaqələrə dair nümunə yaranıb, Çin indi bu əlaqələrlə öyünür. Çin qürrələnmənin doğurduğu çağırışlarla Səudiyyə Ərəbistanının Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasına çalışır. 

 

Çin investisiya iştahası ilə Ər-Riyadı ələ almaqla formalaşan yeni dünya nizamını öz mənfəətlərinə uyğunlaşdırmaqda davam edəcək.

 

Çindən Səudiyyə Ərəbistanına ixrac ediləcək pul kütləsi özünü investisiyaların çoxalmasında göstərəcək, ABŞ-ın isə bu iqtisadi alətlərə qarşı effektiv dirənişi çətinləşəcək.

 

ABŞ-Çin qarşıdurması dərinləşdikcə hər iki ölkə Səudiyyə Ərəbistanını əlində saxlamağa məcbur qalacaq. Ər-Riyad isə yeni eksklüziv münasibətlər sisteminə tam hazır deyil və hər iki ölkə ilə əlaqələri qoruyub-saxlayacaq”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...