Putinin “Taliban” liderləri ilə Kremldə məxfi görüşü – “Demək olar ki, razılaşdıq…”

Putinin “Taliban” liderləri ilə Kremldə məxfi görüşü – “Demək olar ki, razılaşdıq…”

Rusiya ilə Ukrayna arasındakı müharibə dünyadakı iqtisadi tarazlıqları da dəyişib. ABŞ, Aİ və NATO cəbhələri birlikdə hərəkət edərkən, Rusiya da yeni müttəfiqlər və iqtisadi bazarlar axtarışına çıxıb.

Sfera.az bildirir ki, bu fonda Vladimir Putin gözlənilməz addım atıb. Belə ki, “Taliban”nın Rusiya ilə buğda, qaz və neft sövdələşməsini təmin etmək ərəfəsində olduğu iddia edilir. İddialara görə, Əfqanıstan tezliklə neft və qaz idxalı ilə bağlı Moskva ilə müqavilə bağlamağa hazırlaşır.

 

Məlumata əsasən, bankları sanksiyaya məruz qalan “Taliban” öz vəsaitlərini üçüncü ölkə vasitəsilə köçürəcəyini açıqlayıb. Hətta “Taliban” nümayəndə heyətinin Rusiya rəsmiləri ilə sərfəli sövdələşmələr aparmaq və Rusiyadan qaz, neft və buğda tədarükü üçün müqavilələr bağlamaq üçün Moskvada olduğu bildirilib. Əfqanıstan İqtisadiyyat Nazirliyinin sözçüsü Həbiburahman Həbib də bu faktı təsdiqləyib. O, mətbuata açıqlamasında “Rusiya tərəfi ilə danışıqlar aparılır”, deyə söyləyib.

 

Digər bir əfqan mənbə bildirib ki, bu ay nazirlərdən ibarət nümayəndə heyəti Rusiyaya səfər edib və Əfqanıstanın Maliyyə və Ticarət Nazirliyinin rəsmiləri sövdələşmələr üzərində işləmək üçün orada qalıblar. Bu mənbənin sözlərinə görə, rəsmilər “müqavilənin mətni üzərində işləyirik, neftlə bağlı demək olar ki, razılaşdıq”, deyib.

 

Qeyd edək ki, həm Rusiya, həm də “Taliban”ın rəhbərlik etdiyi Əfqanıstan beynəlxalq təşkilatlar və hökumətlərin onlara qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan əziyyət çəkir. Ötən ilin avqustunda “Taliban” Əfqanıstanda nəzarəti bərpa etdikdən sonra ölkənin mərkəzi bankının aktivləri dondurulub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...