Çin Putinin xahişini yerə salmadı - “Vostok-2022” təliminə qatılacaqlar

Çin Putinin xahişini yerə salmadı - “Vostok-2022” təliminə qatılacaqlar

Çindən Rusiya lideri Putinə gözlədiyi dəstək gəlib.

Sfera.az bildirir ki, Rusiya ordusunun ev sahibliyi edəcəyi “Vostok-2022” təlimi üçün Moskvanın müttəfiqlərinə məxsus hərbi birləşmələr Rusiyaya gəlməyə başlayıb.

 

“Agence France-Presse” (AFP) xəbər agentliyinin məlumatına görə, sentyabrın 1-dən etibarən yeddi fərqli bölgədə keçiriləcək döyüş təlimlərində Belarus, Monqolustan, Suriya, Nikaraqua, Laos və Hindistan ilə yanaşı, Çindən olan əsgərlər də səhnəyə çıxacaq. Qeyd olunub ki, artıq Çin əsgərləri və tanklarını daşıyan qatarlar Rusiyanın şərq hissəsində yerləşən Primorsk vilayətinə gəlib. Qrodekovo stansiyasına enən Çin əsgərlərinin hamısının maska taxdığı bildirilib. Pekin rəhbərliyi “Vostok-2022”də iştirak edəcək əsgərlərin dəqiq sayını açıqlamayıb.

 

Digər tərəfdən Rusiya Müdafiə Nazirliyi  təlimdə 50 mindən çox əsgər, 140 döyüş təyyarəsi və 60 döyüş gəmisinin iştirak edəcəyini bildirib, bu isə Qərb ölkələrində qorxu yaradıb. Rusiya ordusu qeyd edib ki, Ukraynada müharibənin davam etməsinə baxmayaraq, hava-desant qoşunları “Vostok-2022”də olacaq, eləcə də uzaqmənzilli bombardmançı təyyarələr havaya qalxacaq. Sözügedən “müharibə oyunu” bir həftə davam edəcək. Yeddi bölgəni əhatə edən təlim zonalarına Oxot dənizi və Yapon dənizi daxildir. Yapon dənizinin şimal və orta bölgələrindən istifadə ediləcəyini bildirən Rusiya xarici işlər nazirinin müavini Aleksandr Fomin, təlimin sırf “müdafiə” məqsədi daşıdığını bildirib.

 

Qeyd edək ki, sonuncu dəfə Rusiya və Çin orduları 2018-ci ildə analoji təlimdə bir araya gəlib, Putin güc nümayişini meydandan şəxsən izləyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.  ...