“Əhalinin hüququ var ki, JEK-lərə mənzil haqqı ödəməsin” – Qanun nə deyir?

“Əhalinin hüququ var ki, JEK-lərə mənzil haqqı ödəməsin” – Qanun nə deyir?

Son günlər JEK-lərin əhalidən mənzil haqqlarını artırılmış tariflə yığmağa başlaması barədə xəbərlər yayılıb. Artım onunla əsaslandırılıb ki, 30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilmiş dəyişiklik nəticəsində mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib.

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan iqtisadçı Samir Əliyev deyib ki, qeyd edilən tarixə qədər köhnə binalarda mənzil haqlarının tarifi Nazirlər Kabinetinin 40 saylı qərarı ilə tənzimlənirdi:

 

“Həmin qərara əsasən, özəlləşdirilmiş mənzillər 1 kv.m. yaşayış sahəsi üçün ayda 1,5 qəpik, dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindənki evlər üçün isə ayda 2 qəpik müəyyən edilmişdi. JEK-lər bu qərara istinad edərək əhalidən pul yığırdılar. Hətta vəziyyətdən sui-istifadə edərək özəlləşdirilmiş mənzillərdən də 2 qəpikdən mənzil haqqı alırdılar. İnsafən tarif yüksək deyildi, hətta deyərdim insafsızcasına aşağı idi. Müqayisə üçün qeyd edim ki, yeni tikililərdə ən aşağı tarif 20 qəpikdir. Köhnə tikililərdə mənzil sahələri çox da böyük olmadığından aylıq ödəniş 1-2 manat arası dəyişirdi. Hətta bu məbləği də vaxtında ödəməyən əhali üçün əslində aylıq məbləğ çox deyildi. Əhali JEK-lərin xidmətindən narazı olsa da, tarifin aşağı olması səbəbində ödədikləri pulların qarşılığında heç nə istəmirdilər. Çünki onları yeni tikililərin yüksək tarif təcrübəsi qorxudurdu. İndi vahid tarif ləğv edilib və nəzəri olaraq liberal tarif, yəni bazarın tənzimlədiyi tarif mexanizmi işə düşüb”.

 

Ekspert qeyd edib ki, Azərbaycanda mənzil idarəçiliyinin Konstitusiyası olan Mənzil Məcəlləsi JEK-lərin mənzil idarəçiliyində iştirakını istisna edir və özəl mülkiyyətin 3 idarəetmə formasının heç birində  “JEK” adında qurumun adı çəkilmir:

 

“Əhalidən artırılmış tariflə pul yığan JEK istinad etdiyi qanunun 13-cü maddəsi ilə yanaşı,  14-cü maddəyə də diqqət etsə yaxşı olar. Çünki 14-cü maddədə deyilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərə ancaq müqavilə ilə xidmət göstərə bilərlər. Əgər bu müqavilə yoxdursa, JEK-lərin əhalidən pul yığmaq ixtiyarı yoxdur. JEK-lər, daha doğrusu onların tabe olduqları rayon/şəhər icra hakimiyyəti qurumları qanunsuzluq edərək əhalidən pul yığırlar.  Əhalinin tam hüququ var ki, JEK-lərə mənzil haqqı verməsin”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...