Azərbaycanlı avtoritet məhkəmədə generalın üzünə durdu: “Sənə milyonlar vermişəm” - FOTOLAR

Azərbaycanlı avtoritet məhkəmədə generalın üzünə durdu: “Sənə milyonlar vermişəm” - FOTOLAR

Rusiyanın Yekaterinburq şəhər məhkəməsində keçirilən prosesdə qalmaqal baş verib.

Sfera.az-ın “Vedomostiural” portalına istinadən məlumatına görə, rüşvət və korrupsiya əməllərində ittiham olunan general mayor İqor Trifonovun məhkəməsində azərbaycanlı avtoritet, “Tavda Nazim” kimi tanınan Nazim Musayev ifadə verib. Hazırda özü də həbsdə olan Nazim Musayev bildirib ki, hər ay müxtəlif bazarlardan, restoran və digər obyektlərdən yığılan pullardan Trifonova da çatdırırmış.

“Mən ona hər ay təxminən 1 milyon rubl pul verirdim. Adətən ya kabinetində, ya da əvvəlcədən müəyyən etdiyimiz məkanda bağlamaları ona çatdırırdim”.

 

Maraqlıdır ki, Trifonov Musayevin ifadəsiylə bağlı heç nə deməyib.

 

Musayevin adı Yekaterinburqda bir sıra kriminal hadisələrdə də hallanır. Söhbət Yekaterinburq şəhərində yerləşən “4 nömrəli tərəvəz bazası” uğrunda mübarizədən gedir. Bir neçə il əvvəl məhz bu bazara görə ona sui-qəsd təşkil edilmişdi.

Korrupsiya və digər cinayətlərə bulaşmış generalın işində Musayev əsas şahidlərdən biridir. Yerli KİV-in yazdığına görə, Musayev Trifonovun kabinetinə istədiyi vaxt girə bilirmiş. Onların dostluğu isə 90-cı illərdə Moskvadan başlayıb. Nazim həmin vaxt Moskvada kiçik bizneslə məşğul imiş. Trifonov isə Yekaterinburqa vəzifəyə getdikdən sonra dostunu da arxasınca aparıb. Musayev Tavda şəhərində məskunlaşıb. Ən qısa zamanda general dostunun köməyi ilə bu şəhəri tam nəzarətə ala bilib.

 

Şahin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...