Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi işə düşür – Hansı qadağalar olacaq?

Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi işə düşür – Hansı qadağalar olacaq?

“Avropa İttifaqı Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini hazırlayıb. Bu dəfə paket Baltik ölkələri tərəfindən layihələşdirilib. Estoniya Rusiyaya qarşı sanksiyalar paketinin hazırlanmasında xüsusi təkliflərlə çıxış edir. Səkkizinci paketə enerji, ticarət, daha çox SWIFT qadağaları daxil edilsə də, Baltik ölkələri “qara siyahının” genişləndirilməsinin tərəfdarıdır”.

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə, Rusiyada daha çox vətəndaşa qarşı səfər və digər qadağaların tətbiq olunması təklif olunur:

 

“Bununla belə, bütün Rusiya vətəndaşlarına Şengen vizasının verilməsinin dayandırılması təklifi hələlik Brüsseldə birmənalı qarşılanmır. Ancaq, ittifaqa üzv olan bir sıra ölkələr fərdi qaydada bunu edir və ya etməyi düşünürlər. Öncədən proqnozlaşdırıldığı kimi, sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri qısa deyil, daha çox orta və uzunmüddətli dövr üçün dəyərləndirilir. Dünya iqtisadiyyatında da resessiya meyilləri güclənməkdədir. Qlobal proqnozlara neqativ dürüstləşmələr edilir. Bu isə ondan xəbər verir ki, Rusiyaya qarşı sanksiyalar eyni zamanda Qərb ölkələrinin iqtisadiyyatlarına da təsirsiz ötüşmür. Əsas təsirlər isə istehlak bazarında qiymət artımları və enerji təminatında özünü göstərir. Qərb ölkələrində son 40 ildə ən yüksək inflyasiya müşahidə olunur.

 

Bununla belə, qlobal sanksiyalar artıq Rusiyanın makro-iqtisadi göstəricilərinə təsir göstərməkdədir. Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Bütövlükdə, 2022-ci ildə Rusiya iqtisadiyyatının 4-6 % intervalında azalacağı gözlənilir.

 

Digər tərəfdən, bəzi sanksiyalar əvvəl bağlanmış müqavilələr səbəbindən avqust sonunda qüvvəyə minəcək. Bu isə o deməkdir ki, növbəti aylarda Rusiya iqtisadiyyatında daha çox geriləmələr müşahidə olunacaq. Məhz rəsmi proqnozlar da bunu təsdiq edir”.

 

V. Bayramovun sözlərinə görə, Avropa İttifaqı Rusiyadan neft alışını ilin sonunadək 92 faiz azaltmaq niyyətindədir:

 

“Mavi qaz verilməsində çətinliklər dərinləşir. Bu isə Rusiyaya daxil olan valyutanın həcminə təsir göstərəcək. Payızdan idxalın artması fonunda yenidən xarici valyutaya tələbin yüksələcəyi gözlənilir. Bu isə təbii ki, rublun məzənnəsinə təsirsiz ötüşmür.

 

Qərb sanksiyaları fonunda Ukraynada müharibə davam edir. Hər gün müharibə qurbanları var”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.  ...