Zakir Həsənov Türkiyəyə gedir - Masada nələr var?

Zakir Həsənov Türkiyəyə gedir - Masada nələr var?

Azərbaycan müdafiə naziri Zakir Həsənov bu gün Türkiyəyə səfər edəcək. O, Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək. Səfər çərçivəsində Zakir Həsənov həmkarı Hulusi Akarla da görüşəcək.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, nazirlər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar:

 

“Sözsüz, tərəflər Cənubi Qafqaz, o cümlədən Qarabağdakı durum haqqında da fikir mübadiləsi aparacaqlar. Ermənilərin Laçın şəhərindən, həmçinin Zabux və Sus kəndlərindən çıxması gündəmdə ola bilər. Bundan başqa, nazirlər Qarabağdakı sülhməramlıların fəaliyyətini dəyərləndirə bilərlər. İstisna deyil ki, Həsənov və Akar Ermənistanla münasibətlərin normallaşması prosesi barədə də bir- birilərini məlumatlandıracaqlar. Bundan başqa, Rusiya ilə Ukrayna arasında davam edən müharibə də, çox güman, gündəmdə olacaq, nazirlər bundan sonra da koordinasiyalı addım atmaq barədə razılığa gələcəklər”.

 

Müsahibimiz bildirib ki, Akar Ukraynadan taxıl icrası prosesi haqda həmkarına məlumat verə bilər:

 

“Həmçinin Türkiyə ilə Yunanıstan arasında münasibətlər, Suriya və İraqdakı durum da gündəlikdə olacaq.Nazirlərin birgə növbəti hərbi təlimlərə dair müzakirə aparması da istisna deyil. Bütün hallarda sözügedən görüş həm ikitərəfli, həm də regional əhəmiyyətlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...