"Azərbaycan xalqının böyük qiyamı yoldadır!” - Təbrizdə səs-küyə səbəb olan ŞÜAR

Dünya
11:09 / 30.08.2022
4346
Təbrizli milli-mədəni fəallar şəhərin bir çox bölgələrində divarlara vərəqələr yapışdırıb, hökumətə xəbərdarlıq ediblər.
Sfera.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Urmu gölünün təsvirləri, Azərbaycan milli hərəkatı fəallarının həbsdə olması, yoxsulluq, mədənlərin talan edilməsi və ana dili kimi məsələlərin yer aldığı vərəqələrdə türk və fars dillərində “Azərbaycan xalqının böyük qiyamı yoldadır” məzmunlu şüarlar yazılıb.
Turan Rzayev,
Sfera.az