“Azərbaycanlı qızlar verilişdə dalaşmaqdan bezmirlər” - Türkiyə mətbuatı, VİDEOLAR

“Azərbaycanlı qızlar verilişdə dalaşmaqdan bezmirlər” -  Türkiyə mətbuatı, VİDEOLAR
Türkiyənin “Hürriyet” qəzeti “Azad Azərbaycan” telekanalında yayımlanan “Bu stil mənim” proqramı haqda yazıb. 
Musavat.com xəbər verir ki, qardaş ölkə mətbuatı Türkiyənin “Bu tarz benim” proqramının Azərbaycan versiyası olan "Bu stil mənim”də qızların dava etməsindən bəhs edib: “Qızlar dava etməkdən yorulmurlar. “Bu tarz benim” proqramının Azərbaycan versiyası olan "Bu stil mənim” yayımlanmağa başlayıb. ATV-də nümayiş olunan proqramın münsif  kürsüsündə aktyor Tolqa Karelin keçmiş həyat yoldaşı, maneken Günay Musayeva da əyləşir. Hər gün yeni bir konseptlə səhnəyə çıxan müsabiqə iştirakçıları bir-birilərinə kinayəli sözlər atıb, dava salırlar”. 
Qeyd edək ki, "Bu stil mənim" gözəllik yarışmasının çəkilişləri Türkiyədə baş tutur. Müsabiqənin münsifləri modelyer Fəxriyyə Xələfova, model Günay Musayeva, teleaparıcı Zaur Baxşəliyevdir. Proqramın aparıcılığını isə Günay Baxşəliyeva edir.