Ermənistanın mobil operatoru azərbaycanlılara nömrə satıb? – Düşmən ölkədə panika

Ermənistanın mobil operatoru azərbaycanlılara nömrə satıb? – Düşmən ölkədə panika

“Azərbaycan xüsusi xidməti Ermənistanın “Viva MTC” mobil operatorunun nömrələrindən istifadə edirmiş”.

Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. O qeyd edib ki, Ermənistanın "Joxovurd" qəzeti yenidən “Viva MTC” operatorunu mobil nömrələri Azərbaycan xüsusi xidmət orqanlarına və Azərbaycan vətəndaşlarına satmaqda ittiham edib:

 

“Səhmləri Rusiyaya məxsus olan, Ermənistanın ən böyük mobil operatoru olan “Viva MTS” isə yazılanları təkzib edir.  Ermənistan xüsusi xidməti də qəzetin iddiasının doğru olmadığını, mobil nömrələrin Azərbaycan pasportu olan şəxslərə satılmadığını və ya hansısa kiber hücumla ələ keçirilmədiyini bildirib. Xatırladıram ki, ötən illərdə bu tip iddialar Ermənistan mətbuatında yer almışdı.  O zaman Ermənistan Təhlükəsizlik Xidməti  Azərbaycan tərəfindən aparılan bu tip fəaliyyətin üstünün açıldığını bildirmişdi. İndi isə “Viva MTC” cəmi iki mobil nömrənin sosioloji sorğu keçirən hansısa şirkətlərə satıldığını bildirib”.

 

Ekspertin sözlərinə görə, qəzet iddia edir ki, məhz bu nömrələrlə Ermənistan vətəndaşlarına  zənglər edilib, onlarla  Ermənistanda və orduda olan vəziyyətlə bağlı sorğular aparılıb:

 

“Qəzet Azərbaycan xüsusi xidmətini Ermənistanın mobil  operatorlarına məxsus telefonlardan istifadə etməklə bu ölkəyə qarşı "şpionajlıqda" ittiham edib”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...