ABŞ və Rusiya Prezidentləri Donald Trampla Vladimir Putin arasında baş tutacaq görüşün tarixi açıqlanıb.
Sfera.az xəbər verir ki, bu haqda Tramp “Truth Social”da yazıb.
“Mənimlə Rusiya Prezidenti Vladimir Putin arasında çox gözlənilən görüş gələn cümə günü, 15 avqust 2025-ci il tarixində Böyük Alyaska ştatında baş tutacaq”.