Menendes Türkiyə ilə Rusiya və Çin arasında niyə bərabərlik işarəsi qoyub?

Menendes Türkiyə ilə Rusiya və Çin arasında niyə bərabərlik işarəsi qoyub?

“ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Robert Menendes növbəti dəfə Türkiyəni hədələyib.

 

Amerikalı senator deyib ki, Türkiyə Aralıq dənizində ciddi təhdidə çevrilib:

“Türkiyə ABŞ üçün Rusiya və Çin qədər təhlükəli dövlətə çevrilib. Türkiyəni Amerika üçün əsas çağırışlardan biri kimi siyahıya əlavə etmək lazımdır”.

 

Menendes bildirib ki, Türkiyə NATO üzvü kimi ABŞ-ın müttəfiqi sayılsa da, Egey dənizində Yunanıstana təhlükə yaradır.

 

Menendes misal kimi Türkiyə hərbi təyyarələrinin uçuşlarını göstərib: “ABŞ Türkiyəyə heç bir silah növü satmamalıdır”.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Elxan Şahinoğlu deyib ki, Menendes ilk dəfə deyil ki, Türkiyə əleyhinə açıqlama verir:

 

“Menendes 3 il əvvəl Ankaranı bu sözlərlə xəbərdar edirdi: “Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini alacağı təqdirdə ABŞ sanksiyalar tətbiq edəcək və eyni zamanda F-35 təyyarələrinin satışını dayandıracaq. Ankara kiminlə olduğunu seçməlidir. Türkiyə NATO-nun vacib müttəfiqi qalmaqda davam etməli, ya da Qərbdən uzaqlaşmalıdır”.

 

Türkiyə “soyuq müharibə” bitdikdən sonra müstəqil xarici və təhlükəsizlik siyasəti aparır. Bu Vaşinqtondakı siyasi dairələrin xoşuna gəlmir. Bir qrup amerikalı siyasətçi hələ də hesab edir ki, Ankara “soyuq müharibə” illərində olduğu kimi yalnız Vaşinqtonun təlimatlarını yerinə yetirməlidir. Heç o zaman da mövqelər tam üst-üsə düşmürdü. Kipr adasında çevriliş edən yunanlar türkləri qətl edəndə Vaşinqtondan səs çıxmırdı. Türkiyə elə ki, Kiprə desant çıxardı, Vaşinqton Ankaranı hədələməyə başladı. Vaşintondakı yunan və erməni lobbisi də hər zaman Türkiyəni hədəf seçib. Menendes onların sifarişini yerinə yetirir”.

 

Politoloqun sözlərinə görə, Menendes Türkiyə ilə Rusiya və Çin arasında bərabərlik işarəsi qoyanda bunun səbəblərini araşdırmalıdır:

 

“ABŞ Türkiyəyə raketlərdən müdafiə sistemləri satmadı, Ankara Rusiyaya müraciət etmək məcburiyyətində qaldı. Türkiyə Çinlə iqtisadi əlaqələrini genişləndirməyə çalışır. Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına da marağı var. Buna baxmayaraq, türkiyəli rəsmilər çinli həmkarlarıyla danışıqlarda hər zaman uyğur türklərinin problemlərinə də diqqəti çəkir və bunun Türkiyə üçün həssas mövzu olduğunu vurğulayırlar.

 

Digər tərəfdən Menendes Türkiyənin Rusiya ilə yaxınlaşmasından bu qədər narahatdırsa, hər zaman müdafiə etdiyi Ermənistana da çağırış etməlidir. Çünki Türkiyədən fərqli olaraq Ermənistan tamamilə Rusiyadan asılıdır”.

 

Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...