“Laçın dəhlizi” qüvvədən düşür – Şərh

“Laçın dəhlizi” qüvvədən düşür – Şərh

“Laçın şəhərinin azad edilməsi ilə “Laçın dəhlizi” də qüvvədən düşür: hələ I Qarabağ müharibəsinin getdiyi vaxt qurulan danışıqlar masasında ermənilərin istəyi ilə gündəmə gələn bu məsələ “Madrid prinsipləri” də daxil olmaqla müxtəlif həll planlarına salınıb; dəhlizin marşrutunun dəyişməsi “Laçın dəhlizi”nin gündəmdən çıxması ilə yanaşı, Bakının manevr imkanlarını da artırır”.

Sfera.az xəbər veriri ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

 

Onun sözlərinə görə 10 noyabr razılaşmasında “Laçın dəhlizi”ndən bəhs olunur, yeni yol isə Laçının kənarından keçir:

 

“Bakı 10 noyabr razılaşmasına istinadən “dəhliz” detalının yeni yola aid olmadığı məntiqini irəli sürə bilər. Razılaşmanın 6-cı bəndində qeyd olunur ki, “Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

 

Ekspertin sözlərinə görə, Azərbaycan Laçın dəhlizi üzrə təhlükəsizliyə zəmanət verir, yeni marşrut üzrə belə bir qeyd yoxdur, yalnız sülhməramlılarının yerdəyişməsi ifadəsi var:

 

"Bakı razılaşmanın bu bəndini istədiyi kimi şərh edə bilər:

 

Birincisi, “Laçın dəhlizi”nin qüvvədən düşdüyü, yeni marşruta münasibətdə “dəhliz” ifadəsinin qeyd olunmadığı əsası ilə bu yolda postlarımızın qurulması gündəmə gətirilə bilər.

 

İkincisi, erməni avtomobillər sülhməramlıların postlarında yoxlanılmaqla yanaşı, yenə onların müşaiyəti ilə bizim postlarda yoxlanılaraq keçə bilər; təhlükəsizliyin təmin edilməsi baxımından ən azı bir yerdə Azərbaycan postunun qurulması lazımdır;

 

Yaxud Bakı yeni yola “dəhliz statusu”nu vermək qarşılığında digər tələblərinin – Zəngəzur dəhlizinin açılması, erməni qoşunların tamamilə çıxarılması, separatçıların tərki-silah edilməsi və s. – yerinə yetirilməsini gündəmə gətirə bilər. 10 noyabr razılaşmasını istədiyimiz şəkildə şərh edə bilmək imkanının olması buna şərait yaradır.

 

Adətən Ermənistan tərəfi 10 noyabr razılaşmasına münasibətdə hər ifadə üzərindən oyun qurur, xüsusilə 4-cü bəndin icrası məsələsi aktuallaşanda. Bu dəfə belə bir imkan bizdədir”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...