Bu qidalar yaddaşı gücləndirir

Bu qidalar yaddaşı gücləndirir

Məlum olduğu kimi, düzgün qidalanmamaq yaddaş itkisinə səbəb olur. İstehlak edilən qidalar beyin funksiyalarına təsir edir.

 

Sfera.az xəbər verir ki, yaddaşı gücləndirən qidalara flavonoidlərlə zəngin rəngli tərəvəz və meyvələr daxildir. Antioksidantlarla zəngin olan göyərti, çiyələk və böyürtkən beyni hüceyrələrin zədələnməsinə səbəb olan sərbəst radikallardan qoruyur və yaddaşı gücləndirir.

 

K vitamini ilə zəngin olan ispanaq, brokoli və qulançar kimi tərəvəzlər beyin gücünü artırır, yaddaş və konsentrasiya kimi funksiyaları yaxşılaşdırır.

 

Tərkibində yüksək kakao olan şokolad beyin reseptorlarını aktivləşdirən endorfinlərin ifrazını artırır. Endorfinlər artdıqca konsentrasiya artır və əhval-ruhiyyə yüksəlir.

 

Həmçinin süd və süd məhsulları da yüksək protein ehtiva etdiyindən və insan orqanizmində toxumaların inkişafına kömək etdiyi üçün diqqəti və yaddaşı inkişaf etdirməyə kömək edir.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR