"Qarabağ" çətin qrupa düşdü, eyforiyaya qapılmamalıyıq" – Şərh 

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub.  Azərbaycan təmsilçisi G qrupunda "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) ilə üz-üzə gələcək.

Mövzu ilə bağlı Sfera.az-a danışan idman jurnalisti Aydın Bağırov deyib ki, "Qarabağ" çətin qrupa düşdü, eyforiyaya qapılmamalıyıq:

 

“Olimpiakos" Avropada həmişə güclü rəqib kimi tanınıb. Son Yunanıstan çempionudur. "Qarabağ" kimi onlar da ÇL-də pley-off-da uduzaraq AL-in qrupuna düşüb.

 

Almaniya təmsilçisi "Frayburq" ötən mövsümü 6-cı yerdə başa vurub. Hazırda bundesliqada 3 oyundan 6 xalla 5-cidir.

 

Nisbətən Fransa təmsilçisi "Nant"ı digərlərindən zəif saymaq olar. Son Fransa kubokunun qalibidir. "Qarabağ"ın bu komandayla görüşlərdə ən azı 4 xal götürməsi mümkündür.

 

İndiki halda onu demək olar ki, ilk üç yer uğrunda mübarizə əsasən, "Olimpiakos", "Frayburq" və "Qarabağ arasında olacaq”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR