İmamoğludan müğənni Gülşənin həbsinə reaksiya: “Bu cür şeyləri qınayırıq”

İmamoğludan müğənni Gülşənin həbsinə reaksiya: “Bu cür şeyləri qınayırıq”

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu müğənni Gülşənin həbsinə reaksiya verib.

 

Sfera.az bildirir ki, o, Pendikdə Hasan İzzettin Dinamo Kitabxanasının açılış mərasimindəki çıxışında bu barədə danışıb.

 

Ə.İmamoğlu fikirlərini bu cür ifadə edib:

 

“Bir adamın istəyinə görə sənət adamı həbsə atılırsa, bu, olmaz.  Sırf səhv etdiyinə, o  insanı incitdiyinə görə, həbs olunmaq doğru deyil. Ola bilər ki, səhv edib, təhqir edib, amma bunun qarşılığı həbs deyil. Qanunun icra olunduğu mühitlər və ədalətin mövcudluğu qarşımıza ancaq işıq saça bilər. Əks halda, hamımız üçün çox çətin bir mühit yaranacaq. Qanun və ədalət bir nəfər üçün deyil - cəmiyyət, bəşəriyyət, hər kəs üçündür. Qaydalar universaldır. Ona görə də, kimsə təhqir edəndə “nə gözəl sözdür”, başqası edəndə “zindana ataq” demək qanun, ədalət deyil. Qanunun və ədalətin qaydaları var, cəza veriləndə tətbiq metodunda bərabərlik olmalıdır. Türkiyədə bu mənasız prosesi davam etdirən ağlın sona çatacağı zamana doğru birlikdə gedirik. Bu mübarizə həm də səfərbərlik mübarizəsidir. Bu, siyasi mübarizə deyil. Həqiqətən də, cəmiyyətin ağıl, elm, bərabərlik, azadlıq və ədalətə qovuşmaq mübarizəsidir. Bu mənada biz bu ağıldan kənar bütün rəftarları qınayırıq. Ədalətsizliyə və qanunsuzluğa doğru gedən hər şeyi pisləyirik. Bir adamın dediyi deyil, ədalətin və qanunun tətbiq edildiyi ölkə istəyirik”.

 

Qeyd edək ki, Gülşən İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılmışdı.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR